G7 ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının dərhal və tam şəkildə bərpa edilməsini tələb ediblər.
Demokrat.az xəbər verir ki, bu tələb G7 liderlərinin bəyanatında yer alıb.
"Biz Hörmüz boğazında gəmiçilik hüquqlarının və prinsiplərinin dərhal və tam şəkildə bərpa edilməsinə çağırır və bu məqsədə çatmaq üçün kollektiv səylərimizi ikiqat artırmaq əzmində olduğumuzu bildiririk", - Virtual görüşdən sonra yayımlanan sənəddə deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən bəyan edib ki, Vaşinqton İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini kifayət qədər sərfəli hesab etməyərək rədd edib.


