Hadisə

Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(report)

NE
Nihadə Eyyubova