Maraqlı

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

İlk görüş bir insan haqqında ilkin təəssürat yaratmaq üçün vacib mərhələdir. Bəzi insanlar isə qarşı tərəfin davranışındakı ən xırda detallara belə xüsusi diqqət yetirir. Astrologiyaya görə, bəzi bürclər ilk görüşdə yaşanan kiçik bir mənfi məqamdan sonra münasibətə davam etmək istəməyə bilər.

Mütəxəssislərin deyil, astroloji yanaşmaların iddiasına görə, xüsusilə Qız, Əqrəb, Oğlaq və Dolça bürcləri ilk təəssürata daha çox əhəmiyyət verənlər sırasında göstərilir.

Qız – xırda detallara belə diqqət edir

Qız bürcü ilk görüşə xoş niyyətlə gəlsə də, qarşı tərəfin davranışlarını diqqətlə müşahidə edir. Gecikmək, plansızlıq, qərarsız davranmaq və ya kiçik diqqətsizliklər onun fikrində mənfi təəssürat yarada bilər.

Məsələn, mesajlarda çoxlu yazı səhvlərinin olması, görüş zamanı səliqəsiz davranış və ya "Baxarıq, planım yoxdur" kimi ifadələr Qız bürcünün xoşuna gəlməyə bilər.

Astroloji şərhlərə görə, Qız bürcü ikinci görüş üçün bəhanə gətirirsə, qərarını artıq vermiş ola bilər.

Əqrəb – səmimiyyətsizliyə dözmür

Əqrəb bürcü ilk görüşdə çox danışmaq əvəzinə qarşı tərəfi dinləməyə və müşahidə etməyə üstünlük verən bürclərdən biri kimi təqdim olunur. Onun üçün səmimiyyət və güvən xüsusi əhəmiyyət daşıyır.

Özünü olduğundan fərqli göstərmək, hər suala hazır cavab vermək və ya ilk görüşdə keçmiş münasibətlər haqqında mənfi danışmaq Əqrəbin marağını azalda bilər.

Astroloji yanaşmaya görə, Əqrəb qarşı tərəfin səmimi olmadığını düşündükdə münasibətə ikinci şans verməyə çox həvəsli olmur.

Oğlaq – qeyri-müəyyənlikdən xoşlanmır

Oğlaq bürcü ilk görüşdə qarşı tərəfin məqsədlərinə və həyata baxışına diqqət yetirir. Onun üçün məsuliyyət, planlılıq və verilən sözə əməl etmək önəmli xüsusiyyətlər hesab olunur.

"Həyatı axarına buraxıram" kimi yanaşmalar və daim dəyişən planlar Oğlaq üçün cəlbedici görünməyə bilər. Hesab ödənilərkən məsuliyyətdən yayınmaq və ya diqqəti telefona yönəltmək kimi davranışlar da mənfi təəssürat yarada bilər.

Astroloji şərhlərdə Oğlaq üçün yalnız böyük arzuların deyil, həmin məqsədlərə çatmaq üçün konkret planın da vacib olduğu vurğulanır.

Dolça – maraqlı söhbət axtarır

Dolça bürcü ilk görüşdə xarici görünüşdən çox, qarşı tərəfin düşüncə tərzinə diqqət yetirən bürc kimi təsvir edilir. Fərqli fikirlər, qeyri-adi hobbilər və maraqlı söhbətlər onun diqqətini cəlb edə bilər.

Əksinə, söhbətin yalnız hava, yol və gündəlik suallardan ibarət olması Dolçanın marağını azalda bilər.

Astroloji yanaşmaya görə, Dolçanı ən tez uzaqlaşdıran davranışlardan biri həddindən artıq sahiblik hissidir. İlk görüşdən "biz" şəklində danışmaq, növbəti görüşlə bağlı israr etmək və tez-tez mesaj gözləmək onun münasibətdən uzaqlaşmasına səbəb ola bilər

NE
Nihadə Eyyubova