Portuqaliya millisinin futbolçusu Rafael Leao komandanın kapitanı Kriştiano Ronaldonun milli komandadan ayrılmasından sonra 7 nömrəli formanı geyinməsi ilə bağlı danışıb.
Demokrat.az-ın məlumatına görə, Leao bildirib ki, Ronaldo onun üçün uşaqlıqdan bəri kumir olub. O, 7 nömrəli formanın özü üçün də xüsusi məna daşıdığını qeyd edib:
"Bəli, Ronaldo mənim üçün kumirdir, uşaqlığımdan bəri kumirimdir. 7 nömrənin mənim üçün xüsusi mənası var. Bu, uşaqlarımın doğum tarixidir. Sadəcə formanı şərəfləndirməyə və komanda yoldaşlarımla birlikdə bundan zövq almağa çalışdım".
Ronaldo ilə bağlı suala cavab verən Leao onun milli komandanın düşərgəsindən ayrılmasının futbolçuları maraqlandıran məsələ olmadığını deyib:
"Bu, bizi maraqlandıran məsələ deyil. Biz bir komanda olduğumuzu göstərdik. Əminəm ki, Ronaldo evində qələbəyə sevinir. Onunla yaxşı münasibətim var və necə insan olduğunu bilirəm. Ən vacib olan komandadır".
Leao Portuqaliyanın daha üç xal qazandığını və qrupda lider olduğunu da vurğulayıb.
Jalə


