Hadisə

Xaçmazda ağır qəza - 2 yaralı var

Xaçmazda ağır qəza - 2 yaralı var

Xaçmaz şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov küçəsində qeydə alınıb.

Məlumata görə, "Wolf" və "Lada 015" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, yaralıların Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.

Faktın araşdırılmasına başlanılıb.( bizim.media)

NE
Nihadə Eyyubova