Maraqlı

Münasibətdə ən çox diqqət gözləyən 3 bürc

Münasibətdə ən çox diqqət gözləyən 3 bürc

Astroloji şərhlərə görə, bəzi bürclər münasibətlərdə diqqət və yaxınlığa digərlərindən daha çox ehtiyac duyur. Şir, Xərçəng və Tərəzi bürcləri sevdikləri insandan müntəzəm diqqət, tərif və emosional yaxınlıq gözləmələri ilə seçilir.

Şir bürcü

Şirlər münasibətdə təqdir olunmağa və sevildiklərini hiss etməyə böyük əhəmiyyət verirlər. Sevdikləri insandan tərif və diqqət görmədikdə münasibətdə kifayət qədər dəyərli olmadıqlarını düşünə bilərlər.

Müstəqil xarakterli görünmələrinə baxmayaraq, partnyorlarının diqqəti onlar üçün mühüm güvən mənbəyidir. Yeni geyimlərinin fərq edilməməsi və ya mesajlarına gec cavab verilməsi belə Şirlər tərəfindən ciddi qəbul edilə bilər.

Laqeydlik əvvəlcə inciklik, daha sonra isə özünəinamın azalmasına səbəb ola bilər. Belə vəziyyətdə Şir ya özünü geri çəkir, ya da qarşı tərəfin diqqətini yenidən qazanmağa çalışır.

Xərçəng bürcü

Xərçənglər üçün münasibətdə emosional yaxınlıq və davamlı ünsiyyət xüsusi əhəmiyyət daşıyır. Sevdikləri insanla tez-tez əlaqə saxlamaq və onun diqqətini hiss etmək istəyirlər.

Partnyorun soyuq və ya laqeyd davranması Xərçəngin özünə qapanmasına səbəb ola bilər. Bu zaman "Görəsən, mənə küsüb?" və ya "Məndən uzaqlaşır?" kimi suallar üzərində düşünə bilərlər.

Xərçənglər güvəndikləri insana bütün qəlbləri ilə bağlandıqları üçün münasibətdə qarşı tərəfdən tez-tez sevgi, diqqət və güvən verən davranışlar gözləyirlər.

Tərəzi bürcü

Tərəzilər münasibətlərdə harmoniya, qarşılıqlı diqqət və balansı ön planda tuturlar. Onlar sevdikləri insanın yanında özlərini rahat və güvənli hiss etmək istəyirlər.

Tərəzilər münasibətdə qarşı tərəfə göstərdikləri qayğının və fədakarlığın qarşılığını görməyi gözləyirlər. Kiçik bir laqeydlik belə onların emosional tarazlığını poza bilər.

Bəzi hallarda qarşı tərəfin davranışlarını özləri ilə əlaqələndirərək "Görəsən, mən kifayət qədər dəyərliyəmmi?" deyə düşünməyə başlaya bilərlər.

NE
Nihadə Eyyubova