Maraqlı

Evdə hazırlaya biləcəyiniz 10 ləzzətli tort resepti

Evdə hazırlaya biləcəyiniz 10 ləzzətli tort resepti

Evdə tort hazırlamaq həm xüsusi günlər, həm də çay süfrələri üçün yaxşı seçimdir. Yumşaq biskvit, krem və müxtəlif meyvələrin bir araya gətirildiyi tortları mətbəxdə hazırlamaq mümkündür.

Demokrat.az xəbər verir ki, Türkiyənin "Hürriyet" nəşri evdə hazırlana bilən 10 fərqli tort reseptini təqdim edib.

Köstəbək tort

Kakaolu yumşaq biskvit və bananlı içlikdən hazırlanan köstəbək tort həm görünüşü, həm də dadı ilə diqqət çəkir. Tortun üzəri öz biskvitindən hazırlanan qırıntılarla örtülür.

Bənövşəyi velvet tort

Bənövşəyi rəngi ilə fərqlənən bu tort xüsusi günlər üçün uyğun seçimdir. Yumşaq biskviti və kremi ilə seçilən tortun hazırlanmasında süd və sirkə qarışığından istifadə olunur.

Gəlin tortu

Yüngül və yumşaq quruluşu ilə seçilən gəlin tortu südlü şirniyyat sevənlər üçün uyğundur. Bulud kimi yumşaq keks və ipək kimi muhallebi tortun əsas hissəsini təşkil edir.

Moruqlu rulet tort

Badamlı biskvit, krem və moruğun birləşməsindən hazırlanan rulet tort həm zərif görünüşü, həm də meyvəli dadı ilə seçilir. Moruğun təravəti və badamın xırtıldayan quruluşu desertə xüsusi dad verir.

Red velvet

Məxmər kimi yumşaq keksə malik red velvet tort xüsusilə bayram və özəl günlər üçün hazırlanır. Qırmızı rəngi və kremli quruluşu onu süfrənin diqqətçəkən desertlərindən birinə çevirir.

Çiyələkli yaş tort

Təzə çiyələk və ağ şokoladlı kremdən hazırlanan yaş tort yüngül və zərif desert axtaranlar üçün yaxşı seçimdir. Çiyələyin turşməzə dadı şirin krem ilə uyğunlaşır.

Kedidili tort

Hazırlanması asan olan kedidili tort süd məhsullarından hazırlanan yüngül desertlər arasında yer alır. Yumşaq muhallebi və üzərindəki şokolad sousu torta zəngin dad verir.

Krep tort

Sobadan istifadə etmədən hazırlanan krep tort ev şəraitində ən praktik variantlardan biridir. Nazik kreplər qat-qat düzülür və aralarına krem əlavə edilir.

Albalılı tort

Yumşaq biskvit və krem ilə hazırlanan albalılı tort meyvəli desert sevənlər üçün nəzərdə tutulub. Təzə albalının turşməzə dadı krem və biskvitlə tamamlanır.

Medovik

Rus mətbəxinin məşhur desertlərindən olan medovik nazik xəmir qatları və yumşaq kremdən hazırlanır. Qatların kremlə birləşməsi nəticəsində tort bir müddət saxlandıqdan sonra daha yumşaq və ləzzətli olur.

Bu reseptlər arasında həm sobada hazırlanan klassik tortlar, həm də daha praktik variantlar yer alır. Xüsusilə krep və kedidili tortlar mürəkkəb biskvit hazırlamaq istəməyənlər üçün alternativ ola bilər.

Jalə