"Turan Tovuz" və "Fənərbağça" komandalarının nümayəndələri oyundan öncə Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə "Turan Tovuz"un sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.











