Bərdədə qadın 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinir

KRİMİNAL 12 aprel 2025, 21:10
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisəyə onun, “Tiktok” sosial şəbəkəsində mübahisəsi səbəb olub. 

C.Zeynalov mübahisədən sonra bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top