YapiKredi Müraciət Forması
Mədəniyyət

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR

Oktyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan Şəhəri Günü münasibətilə bayram konserti keçirilib.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə təşkil olunan konsert proqramı Telman Hacıyevin "Vətən" süitası ilə açılıb.

Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Qoçaq Əsgərov, Almaz Orucova mahnılarını ifa ediblər.

"Qaya" qrupu, həmçinin Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Şəhriyar İmanov (tar) da öz ifalarını təqdim ediblər.

Konsert proqramını Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon sakinləri izləyiblər.

Tamaşaçıların könlünü oxşayan bayram konserti alqışlarla qarşılanıb.

Konsertdən sonra atəşfəşanlıq olub. Çinarlar yurdunun səması al-əlvan işıqlara boyanıb.

Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
Zəngilan Şəhəri Günü ilə bağlı konsert keçirilib - FOTOLAR
1 / 6

NE
Nihadə Eyyubova