Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər xəsarət alıb

HADİSƏ 12 aprel 2025, 23:11
Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon ərazisindən keçən hissəsində qəza baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza zamanı iki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top