ABŞ və İran arasında danışıqların ikinci mərhələsi bu tarixdə keçiriləcək

DÜNYA 12 aprel 2025, 22:40
Vaşinqton və İran arasında danışıqların ikinci raundu  aprelin 19-da Omanda keçiriləcək. 

Demokrat.az
 xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

Aprelin 12-də Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar keçirilib.İranın xarici işlər naziri Abbas Əraqçi görüşdən əvvəl ölkəsinin ədalətli və şərəfli razılaşma əldə etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun eyni münasibəti danışıqların gedişatını müəyyən edəcək ilkin razılaşmanın əldə olunması şansını artıracaq.

İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edib.

Görüşdən sonra Araqçi və Vitkoff bir həftə ərzində danışıqları davam etdirmək barədə razılığa gəliblər.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top