Dünya Özəl

ABŞ və İran arasında danışıqların ikinci mərhələsi bu tarixdə keçiriləcək

ABŞ və İran arasında danışıqların ikinci mərhələsi bu tarixdə keçiriləcək

Vaşinqtonvə İran arasında danışıqların ikinci raundu aprelin 19-daOmandakeçiriləcək.

Demokrat.azxəbər verir ki, bu barədəİran Xarici İşlər Nazirliyinin rəhbəriAbbas Əraqçi bildirib.

Aprelin 12-də Omanın paytaxtıMaskatda İran vəABŞnümayəndə heyətləri arasında dolayı danışıqlarkeçirilib.İranınxarici işlər naziri Abbas Əraqçi görüşdən əvvəl ölkəsinin ədalətli və şərəfli razılaşma əldə etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun eyni münasibəti danışıqların gedişatını müəyyən edəcək ilkin razılaşmanın əldə olunması şansını artıracaq.

İran nümayəndəheyətinəƏraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edib.

Görüşdən sonra Araqçi və Vitkoffbir həftə ərzində danışıqları davam etdirmək barədərazılığa gəliblər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova