Bu çörək növü həzmi gücləndirir,immuniteti qaldırır və uzun müddət tox tutur.
SAVASHMEDİA.az orqanizm dostu balatı (təbii maya) çörəyinin faydalarını və balatının hazırlanma qaydasını oxucularının diqqətinə çatdırır.
Arıqladır
Aşağı glisemik indeksi sayəsində çəkini balanslaşdırmağa kömək edir. Qan şəkərində qəfil dalğalanmaların qarşısını alır, daha uzun müddət tox qalmağa şərait yaradır. Bu da çəki atmağa kömək edir.
Həzm prosesini sürətləndirir
Balatı çörəyinin tərkibində həzmə kömək edən probiyotiklər var. Bu probiyotiklər bağırsaq florasını tarazlaşdırır, həzmi asanlaşdırır və bağırsaq sağlamlığını qoruyur. Daimi istehlak edildikdə həzm problemlərini azaldır, köpü,şişkinliyi aradan qaldırır.
Qan şəkərini tənzimləyir
Bu çörək növü aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini tez qaldırmır. Bu da xüsusilə diabet xəstələri üçün faydalıdır. Qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək edir, insulin müqavimətini azaldaraq uzun müddət tox olmağa kömək edir.
Mineral və vitaminlər
Balatı çörəyi maqnezium, kalium, sink kimi minerallar və B vitamini ilə zəngindir. Bu minerallar sümükləri gücləndirir, immunitet sistemini dəstəkləyir və bədən funksiyalarının düzgün işləməsinə kömək edir.
Ürək dostu
Ürək fəaliyyətinə və sağlamlığına müsbət təsir göstərir.Tərkibindəki lif və aşağı glisemik indeks xolesterol səviyyəsini balanslı saxlamağa kömək edir. Daimi istehlak ürək xəstəliyi riskini azalda və damar sağlamlığını qoruya bilər.
İmmuniteti qaldırır
Təbii fermentasiya zamanı əmələ gələn komponentlər sayəsində immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qoruyur.
Sinir sistemini gücləndirir
Tərkibində sinir sisteminin sağlamlığını dəstəkləyən B vitamini var. Bu vitamin stressin öhdəsindən gəlməyi asanlaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır və sinir sisteminin funksiyalarını tənzimləyir. Onun müntəzəm istehlakı enerji səviyyələrini artıra və zehni yorğunluğu azalda bilər.
Balatının (təbii mayanın) hazırlanması:
I gün
Təmiz bir bankaya 2 xörək qaşığı un və 2 xörək qaşığı suyu töküb qarışdırın. Qapağı bankanın ağzına qoyun, lakin buraraq bağlamayın. Daha sonra qalın bir dəsmala büküb otaq temperaturunda 24 saat saxlayın.
II gün
Bankanı dəsmalın arasından çıxarın. Mayada qabarcıqlar olmalıdır. (Əgər yoxdursa, əvvəlki qaydada büküb otaq temperaturunda bir gün də saxlayın) Əgər qabarcıqlar varsa, üstünə 2 xörək qaşığı un və 2 xörək qaşığı su əlavə edib qarışdırın əvvlki qaydada dəsmala büküb otaq temperaturunda 24 saat saxlayın.
Prosesi 5-7 gün təkrar edin.
Prosesin sonunda mayanız hazır olacaq. Xəmir yoğura bilərsiniz.
Balatını necə saxlamaq olar?
Hazırlanmış mayanı soyuducuda saxlaya bilərsiniz. Xəmir yoğurarkən yarısını istifadə edib, digər yarısını isə həftədə bir dəfə əvvəlki qaydada (5-7günlük prosesdəki kimi) qidalandırıb gələn dəfə üçün saxlaya bilərsiniz.