Marsda həyat var? — Yeni ipucları tapıldı

MARAQLI 12 aprel 2025, 13:41
NASA-nın Marsa göndərdiyi "InSight" zondu tərəfindən toplanan yeni seysmik məlumatlar planetin səthinin altında maye suyun ola biləcəyinə dair ipucları verib.

Demokrat.az
milli.az-a istinadla xəbər verir ki, bu nəticə Xirosima Universitetindən İkuo Katayama və Dəniz Geodinamika Tədqiqat İnstitutundan Yuya Akamatsu tərəfindən aparılan araşdırma əsasında əldə olunub.

Tədqiqatçılar bildirirlər ki, Marsın 10-20 kilometr dərinliyində seysmik dalğaların sürətində qeydə alınan dəyişikliklər bu bölgələrdə maye suyun varlığına işarə edə bilər. Əvvəllər bu dəyişikliklər süxurların məsaməliliyi və kimyəvi quruluşu ilə əlaqələndirilirdi. Lakin yeni təhlillər bu sərhədlərin quru çatlarla su ilə dolu çatlar arasındakı keçid nəticəsində yarandığını göstərir.

Alimlərin fikrincə, səthin altında maye suyun mövcudluğu, Marsda mikroskopik həyat formalarının yaşama ehtimalını artırır. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top