Politoloq: "Türk Dövlətləri Təşkilatının sammitlərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi ənənə halını almaqdadır"

GÜNDƏM 12 aprel 2025, 18:52
"Türk Dövlətləri Təşkilatının Laçında keçiriləcək sammiti olduqca mühüm əhəmiyyət kəsb edir. Artıq Türk Dövlətləri Təşkilatının sammitlərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi ənənə halını almaqdadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Laçın azad olunduqdan sonra keçmiş sahiblərini qəbul edən, yaşayış məskəni salınan ilk yaşayış məntəqəsi olub. Bütün bunlar Laçının həm turistik, həm də mənəvi mənada artması demək olacaq. Türk Dövlətləri Təşkilatının tədbirlərinin bu ərazilərdə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünə verilən möhkəm dəstək kimi dəyərləndirilməlidir".

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının növbəti sammiti gələn ay Laçında keçiriləcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top