Comex birjasında qızılın bir troy unsiyasının qiyməti tarixi maksimumunu yeniləyərək ilk dəfə olaraq 3250 dolları keçib.
Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentlik qeyd edib ki, Nyu-York Comex birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 3252,61 dollar (+2,36%) təşkil edib.
Aprelin 3-də Comex birjasında qızılın qiymətinin yeni tarixi rekorda imza atdığı bildirilir. Aprelin 2-də keçirilən ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12% bahalaşaraq 1 troya unsiyası (31,1 qram) üçün 3201,6 dollara çatıb.
Əfsanə Kamal
Demokrat.az