YapiKredi Müraciət Forması
İnfrastruktur

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO
28.10.2026 [11:40]
Çap et
A+ A-
Bakı, 28 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.

Bu barədə Demokrat.az-a NİİM-dən bildirilib.

Qeyd olunub ki, yaxınlıqdakı ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə "L" və "A" tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli işıqforlar istifadəyə verilib.

Mərkəz tərəfindən piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin işıqforlarla nizamlanması istiqamətində işlər davam etdirilir.

B
Qeyd edilməyib