Tənqid olunan reklam paylaşımı ilə bağlı “Embawood”dan AÇIQLAMA — “İşimizi bizə öyrədəcəksiz?”

GÜNDƏM 11 aprel 2025, 13:42
Xəbər verdiyimiz kimi, dünən Bakıda dəhşətli yol qəzası baş verib. “BYD” markalı avtomobil sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsən beton maneəni dağıdaraq yolun əsas  hissəsinə düşüb. Hər kəsin ürəyi ağzında izlədiyi qəza görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunur.

Amma ən çox müzakirə olunan və qınanılan isə “Embawood” şirkətinin qorxunc qəzadan, bədbəxt hadisənin görüntüsü üzərindən özünü reklam etməyə çalışmasıdır.

Qeyd edək ki, mebel satışı ilə məşğul olan şirkət qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz - sifarişiniz ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.

Mövzu ilə bağlı şirkətlə əlaqə saxladıq. 

“Embawood”un Rüstəm adlı əməkdaşı Bizim.Media-ya absurd açıqlama verib. O, məsələnin araşdırıldığını və bir neçə günə, daha dəqiqi, gələn həftəyə açıqlama veriləcəyini deyib. 
 
“Niyə bu qədər gec? Nəyi araşdırırsınız, reklamdan şirkət xəbərsiz olub” sualına isə əməkdaş  çox “nəzakətlə” cavab verib:

“Bizim işimizi bizə öyrədirsiniz? Məlumatı gözləyin!”

P.S.Nə deyirik ki, gözləyək. Amma əməkdaşı mediaya çəmkirən üzrü günahından böyük şirkətin verəcəyi heç bir açıqlama uğursuz reklam paylaşımını unutdura bilməyəcək.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top