Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib

XARİCİ SİYASƏT 09 aprel 2025, 20:12
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top