Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin Bakıdadır

XARİCİ SİYASƏT 19 aprel 2025, 12:17
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.

Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

O danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top