Azərbaycandakı diplomatik korpus nümayəndələri Şuşaya səfər edib — YENİLƏNİB

XARİCİ SİYASƏT 18 aprel 2025, 16:45
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfər edib.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Məlumata görə, diplomatlar ilk olaraq Qarabağ küçəsi ilə tanış olublar. Daha sonra onlar Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları tikili barədə məlumatlandırıb.

Növbəti mərhələdə onlar Şuşada birinci yaşayış kompleksi ilə tanış olublar.

Sonda isə diplomatik korpus üzvləri İsa bulağına baş çəkiblər. 

***14:25

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfəri başlayıb.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar səfər çərçivəsində Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksi ilə tanış olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top