Dırnaqlarda ağ ləkələr nəyin əlamətidir?

MARAQLI 19 aprel 2025, 13:40
Dırnaqlardakı ağ ləkələr adətən vitamin və mineral çatışmazlığını göstərsə də, bəzi hallarda daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Dırnaqlarda zaman-zaman görünən ağ ləkələr estetik problem kimi görünsə də, əslində bədənin daxili ilə bağlı əhəmiyyətli ipucları verə bilər. Bu ləkələr ümumiyyətlə "vitamin çatışmazlığı" kimi qəbul edilsə də, əsas səbəblər çox fərqlidir.
Ağ ləkələrin ümumi səbəbləri

Ən çox görülən səbəblərdən biri sink və kalsium çatışmazlığıdır. Bundan əlavə, B12 vitamini, dəmir çatışmazlığı və zülal çatışmazlığı da belə ləkələr yaradır.

Hansı hallarda həkimə müraciət edilməlidir?

Dırnaqlarda ağ ləkələr qalıcı olarsa, sayı artarsa, dırnaqda kövrəklik və ya soyulma kimi digər dəyişikliklərlə müşayiət olunursa, bu, qalxanabənzər vəzinin pozulması, qaraciyər problemləri və ya göbələk infeksiyaları kimi daha ciddi xəstəliklərin əlaməti ola bilər. (Medicina.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top