Kanadada Ukraynanın Mədəni İrs Muzeyi yanıb

DÜNYA 19 aprel 2025, 21:50
Kanadanın Edmonton şəhərində Ukraynanın Mədəni İrs Muzeyində yanğın baş verib. 

Demokrat.az xəbər verir ki, bu barədə Kanada polisinin Facebook sosial şəbəkəsindəki səhifəsində deyilir.

Məlumatda bildirilir ki,  yanğın Ukraynanın mədəni irsi binasına keçib.

Hüquq-mühafizə orqanları sakinləri ərazidən uzaq durmağa və alternativ səyahət marşrutlarından istifadə etməyə çağırıb. Yanğına bitişik ərazidə evakuasiya elan edilib, lakin bir müddət sonra aradan qaldırılıb.

Ukrayna Mədəni İrs Kəndi Albertadakı ukraynalı pionerlərin hekayəsindən bəhs edir. Muzey 1892-ci ildən 1930-cu ilə qədər Kanadadakı ukraynalıların həyatı haqqında məlumatları təqdim edir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top