“Ay ərini 3 qəpiyə satan təlxək!”

ŞOU-BİZNES 19 aprel 2025, 13:28
Ofelya Şabanova ad çəkmədən həmkarlarından birini hədəfə alıb.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, müğənni onu yerdən-yerə vurub:

"Ərini 3 qəpiyə satan təlxək! Məni kimləsə səhv salma! Elə qadınları sevmərəm və ətrafımda ola bilməzlər. Keçmişim də, bu günüm də tərtəmizdir. Azərbaycanda kişilərin bacısı adını qazanan xanımam. Hər müğənniyə bu, nəsib olmur.

Özünlə məni qarışdırma, "balaca şinanay". Onsuz da qanun qarşısında görüşəcəyik. Çox böyük səhvə yol verib. Ay bədbəxt, kimin holdinqində oturub, paşalıq edirsən?! Mənə söz atmaq başın üçün deyil. Məşhur olmaq istəyirsənsə, məni yığardın ki, adımı çək, edərdim. Ancaq reklamım bahadır, sən isə çox ucuz birisən".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top