"Adam niyə həyat yoldaşını təqdim edəndə üzr istəsin?"

ŞOU-BİZNES 19 aprel 2025, 19:38
"Stəndapla çox məqamlara toxundum. O şeylərə ki, illərlə məni narahat edib".

Axşam.az xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva "Yol yoldaşı" verilişində deyib. O, evli cütlüklər arasındakı münasibətdən danışıb:

"Bir adam 40 yaşına qədər subay qalarsa, qohum-əqraba, ana-ata düşür əl-ayağa ki, "adına söz çıxacaq, niyə evlənmirsən? Ayıbdır, insan içinə çıxa bilmirik". Amma evləndi, xanımını tədim edəndə "üzr istəyirəm, həyat yoldaşımdır" deyir. Buradakı "üzr istəyirəm" nədir? Adam niyə həyat yoldaşını təqdim edəndə üzr istəsin? Dünya belə yaranıb. Üzr istəməli yerdə bu, heç ağlımızın ucundan keçmir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top