Prezident Çin səfirini qəbul etdi — FOTOLAR (YENİLƏNİB)

XARİCİ SİYASƏT 17 aprel 2025, 13:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.

Demokrat.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edilib.

Dövlət başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə ölkənin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunulub və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulanıb.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edilib. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirilib və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***10:28

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.


Demokrat.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top