“Venesiya”da zəhərlənənlərin sayı yeniləndi

SOSİAL 19 aprel 2025, 13:18
General Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 51-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top