Xəbər verildiyi kimi həm martın 2-də, həm də 9-da keçirilən 11-ci sinif buraxılış imtahanlarının nəticələri elan olunub. Keçirilən 2 imtahanda ümumi olaraq 43 şagird 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Maraqlıdır ki, maksimum nəticə göstərənlərin hər biri Azərbaycan bölməsinin şagirdidir. Onların arasında rus bölməsində təhsil alan şagird yoxdur.
Bizim.Media məsələylə bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert sözügedən məsələnin səbəbini rus dilini bilməyən uşaqların rus bölməsində təhsil almasında görür:
“Bəzi hallarda rus bölməsi təhsil məsələsində problemlər yaranır, bunun səbəbi isə azərbaycanlıların övladlarını rus bölməsinə yönləndirməsidir. Nəticədə onlar 11 il boyunca əziyyət çəkirlər, istisna halda bəziləri dili yaxşı mənimsəyirlər. Bu isə çox az sayda olur”.
Elçin Əfəndi vurğulayır ki, rus bölməsində yaxşı nəticə göstərən abituriyentlərin nəticələri isə ya dilini mənimsəmələrindən, ya da rusdilli ailədə böyümələrindən irəli gəlir.
Bəzi fikirlərə görə rus bölməsi üçün imtahan sualları daha çətin düşüb. Müsahibimiz bu məsələyə belə münasibət bildirib:
“Dövlət İmtahan Mərkəzi kimləsə şəxsi- qərəzlik etmir ki, sualları çətin salsın və ya cavabların yoxlanılmasında rus bölməsinə xüsusi qərəz göstərsin. Rus bölməsi üzrə imtahan suallarının çətin olduğunu düşünmürəm”.