Azərbaycan və Sloveniya XİN başçıları geniş tərkibdə danışıqlar aparıblar — YENİLƏNİB

XARİCİ SİYASƏT 17 aprel 2025, 12:56
Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Tanya Fayon geniş tərkibdə danışıqlar aparıblar.

Xarici İşlər Nazirliyindən Demokrat.az-a bildirilib ki, tərəflər energetika, rəqəmsal innovasiyalar, ekoloji dayanıqlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər, həmçinin regional təhlükəsizlik, qarşılıqlı əlaqə və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

***12:00

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayon arasında görüş olub.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"də məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan və Sloveniya arasında artan tərəfdaşlığı vurğulayır və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsində qarşılıqlı marağı əks etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top