Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının klubunun oyunçusu ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Sport Bible" jurnalisti Nasir Cabbar X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun məlumatına görə, Ronaldo 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün Səudiyyə Ərəbistanı klubundan ayrılmağı düşünür. Onun yeni müqaviləsi bir ay müddətinə - turnirdə iştirak vaxtı bağlana bilər. Onun "Çelsi" və ya "Mançester Siti"yə keçməsi gözlənilir.
Qeyd edək ki, Ronaldo artıq iki dəfə İngiltərədə oynayıb: O, 2003-2009 və 2021-2022-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.
Aprelin 10-da Ronaldonun Səudiyyə klubu ilə müqaviləsini uzada biləcəyi barədə məlumat ortaya çıxıb. Jurnalist Canluici Longari yazıb ki, klub rəhbərliyi 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif edib. Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Media daha əvvəl tərəflərin müqavilənin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olacaq. (Qaynarinfo)