Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı tarixi çıxışı bizə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) haqlı mübarizəsinin təkcə Türkiyənin deyil, bütün Türk dünyasının ortaq vicdan məsələsi olması həqiqətini bir daha xatırlatdı. Azərbaycan Prezidentinin ölkəsinin Şimali kiprlilərin müstəqil ölkə qurulana qədər, sona qədər onların yanında olmağa davam edəcəyi ilə bağlı sözləri həm diplomatik, həm də vicdani bir mövqenin ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım söyləyib.
“Bu, yalnızca siyasi bir bəyanat deyil, eyni zamanda illərlə işğala və ikili standartlara məruz qalmış bir xalqın liderinin ədalət çağırışıdır. Qardaşlıq yalnız xoş günlərdə deyil, çətin anlarda da çiyin-çiyinə durmaqdır. Azərbaycan bu mövqeyi ilə qardaşlığın sadəcə sözlə deyil, əməldə də olduğunu bütün dünyaya göstərdi”,- deyə deputat bildirib.
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Sammitini xatırladan Şamil Ayrım bildirib ki, bu Zirvə görüşünə ŞKTC Prezidentinin dəvət olunması, bayrağının qaldırılması və Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılması da bu qətiyyətin ən açıq göstəricilərindəndir.
O deyib: “Bəs niyə Şimali Kipr hələ də tanınmır? Çünki, 1983-cü ildə müstəqilliyini elan etmiş Şimali Kipr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələri ilə tanınmamağa məhkum edilib. Təəssüf ki, sülhə “bəli” deyən türk tərəfi cəzalandırılmış, həllə “yox” deyən tərəf isə Avropa Birliyinə qəbul edilərək mükafatlandırılıb. Bu, beynəlxalq hüququn ikili standartlarla necə sarsıldığının açıq bir nümunəsidir. Bu nöqtədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsi, Azərbaycan liderinin ədalət və həqiqətə əsaslanan çıxışı ilə birləşdi. Bu iki güclü lider birlikdə bütün dünyaya Şimali Kiprin bu məsələdə tək olmadığı, bunun Türk dünyasının ortaq məsələsi olması mesajını verirlər. Buradan beynəlxalq ictimaiyyətə səslənirəm, artıq bu ədalətsizliyə, bu ikili standartlara son verilməlidir. Kipr türkləri bərabərlik, suverenlik və tanınma hüququna dərhal qovuşmalıdırlar”.
Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edən Şamil Ayrım bildirib ki, ŞKTC-nin haqlı mübarizəsi hər birimizin mübarizəmizdir və bu mübarizə gec-tez beynəlxalq legitimliklə taclanacaq.