Xəbər verdiyimiz kimi "Starlink"in internet xidməti ölkəmizdə aktiv fəaliyyətə başlayıb. Bununla əlaqədar bir müddət əvvəl İlon Mask da paylaşım etmişdi. O, "Starlink"in internet xidmətinin Azərbaycanda aktivləşdiyini təsdiqləmişdi.
İnkişaf etmiş ölkələrdə geniş tətbiq olunan bu internet xidməti qısa zamanda ölkəmizdə də populyarlıq qazanıb. Bir çox vətəndaş anoloji internet xidmətindən yararlanmaq üçün starlink qurğusu sifariş edirlər.
Genişmiqyaslı internet istifadəçiləri üçün olduqca sərfəli olan bu aparatların ölkəmizə gətirilməsinə isə bilinməyən səbəblər üzündən süni əngəllər yaradılır.
Demokrat.az xəbər verir ki, Bizim.Media-ya müraciət edən şikayətçilər bildiriblər ki, “Starlink” qurğusu DHL vasitəsilə qısa zamanda ölkəmizə gətirilsə də, gömrükdə onun rəsmiləşdirilməsinə süni əngəllər yaradılır.
Kiçik bir qurğunun rəsmiləşdirilməsi bəzən günlərlə vaxt aparır. Rəsmiləşdirilmənin uzadılmasınınsa dəqiq səbəbi isə bildirilmir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərdik.
Sosial şəbəkələrdə yayılan digər məlumatlara görə isə “Starlink” qurğularının ölkəyə gətirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmalıdır. Gömrükdəki problem də məhz bu səbəbdən qaynaqlanır.
Sözügedən məlumatla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanladıq.
Hər iki qurumun mövqeyini dərc etməyə hazırıq.