"2022-ci ildəki böhrandan sonra Cənubi Avropa ölkələri enerji resurslarının əldə edilməsində problemlərlə üzləşdikdən sonra bu kontekstdə nəhəng qaz hasilatçısı kimi Azərbaycanın rolu önə çıxdı".
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Yunanıstanın Trakya Demokrit Universitetinin professoru Marika Karagianni VII ADA Siyasi Forumu çərçivəsində "Yeni Dünya Nizamı: İqtisadi Transformasiya və Rəqəmsal İnqilabdan Gözləntilər" mövzusunda panel sessiyası zamanı deyib.
Onun sözlərinə görə, ölkəsində Avropada enerji resurslarının diversifikasiyası, eləcə də Avropaya müvafiq marşrutlarla "yaşıl enerji" tədarükündə Azərbaycanın mühüm rol oynaya biləcəyini hesab edirlər:
"Əlbəttə ki, istər bu kimi böhranlar, istərsə də enerji resurslarının tükənməsi "yaşıl enerji"dən istifadənin önəmini növbəti dəfə göstərdi. Azərbaycan kimi ölkələrin, eləcə də Misir, Tunis, eləcə də İsrailin alternativ enerji mənbələrinin istehsalı və ixracı sahəsində mühüm potensialı var. Biz hesab edirik ki, Avropada enerji resurslarının diversifikasiyası sahəsində Azərbaycan Avropaya müvafiq marşrutlarla "yaşıl enerji" tədarükündə mühüm rol oynaya bilər. Mərkəzi Asiya və Xəzər regionunda yerləşən ölkələr növbəti dövrlər üçün Avropanın nəhəng və etibarlı enerji təchizatçılarıdır. Mərkəzi və Şimali Avropa ölkələrində də enerji bazarlarının diversifikasiyasına ehtiyac var. Bu addım "yaşıl enerji" resurslarından istifadəni daha da təşviq edəcək".