Neftçilər parkında kişi arvadını öldürdü

KRİMİNAL 08 aprel 2025, 11:00
Bakıda qətl hadisəsi olub.

Demokrat.az  lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib.

45 yaşlı Natiq Zakir oğlu Məhərrəmov qısqanclıq zəminində arvadı 39 yaşlı Sevinc Tofiq qızını bıçaqla öldürüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən  N.Məhərrəmov tutulub.

 Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top