Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Sabir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib.
Sabir hadisə günü gecə saat 1 radələrində yaşadığı evə gəldikdə sərxoş olması ilə əlaqədar arvadı Könül ona irad bildirib, ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında baş vermiş mübahisə zamanı qəsdən yumruqla bir neçə dəfə onun baş və bədən nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb.
Bu səbəbdən Sabirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az