“Əgər həkimlər qanuna riayət etsələr selektiv abortlar da olmaz” — AÇIQLAMA

GÜNDƏM 17 aprel 2025, 18:10
Azərbaycanda selektiv abort cəhdinə görə iki qadın ölüb.

Bununla bağlı ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, selektiv abort körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılmasıdır:

“Uşağın cinsiyyətini ancaq 12-ci hamiləlik həftəsindən sonra öyrənə bilirik. 12-ci həftədən sonra da abort etmək qanunla ziddir. Qanun 12-ci həftədən sonra istəyə bağlı hamiləliyi sonlandırmağa icazə vermir, ancaq 12-ci həftəyə qədər icazə verir. Beləliklə, avtomatik olaraq selektiv abort qanunla zidd hərəkət olur. Çünki 12-ci həftədən öncə cinsiyyəti bilmək mümkün deyil, 12-ci həftədən sonra abort da qanunla ziddir.  Əgər biz həkimlər qanuna riayət etsək, qanundan kənara çıxıb 12-ci həftədən sonra abort edənlər və etdirənlər cəzalandırılsa, o zaman avtomatik selektiv abortların qarşısını almış olarıq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top