Bakının Nizami rayonunda 2006-cı il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı yetkinlik yaşına çatmayan Elmirə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 iyul 2024-cü ildə baş verib. Bakı şəhər sakini Ayaz həmin gün saat 16 radələrində metronun “Memar Əcəmi” stansiyasının yanında olarkən təsadüfən qarşılaşdığı tanışı Elmir ona yaxınlaşıb.
Ayaz əvvəlcədən aralarında baş vermiş mübahisə ilə əlaqədar söhbət etmələri məqsədilə ünvan “Moskva” ticarət mərkəzinin arxasına dəvət etməsindən sonra orada Elmirin təşəbbüsü ilə başlanmış mübahisə zamanı sonuncunun onu yumruqla vurması və əvvəlki mübahisə zamanı onun anasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə üzərində olan bıçaqla onun bədən nahiyyəsindən qəsdən vurub.
Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Papanin” ərazisindən keçərək şəhərə gedərkən orada Elmirlə rastlaşıb: “Elmirin yanında başqa şəxslər də olub. Həmin şəxslər məndən siqaret istədilər. Mən siqaretimin olmadığını, məşq etdiyimi bildirdim. Elmir məni kənara çəkərək, təhqir etdi, yəni ana söyüşü söydü və vurdu. Bir həftə sonra “Əcəmi” ərazisindən evə gedərkən Elmir yenə qarşıma çıxdı. Elmirə məni təhqir etdiyini bildirdim. Elmir məni yumruqla vurdu. Mən də Elmirə bıçaqla xəsarət yetirdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayazın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az