Bakıda keçmiş arvadına xəsarət yetirən taksi sürücüsü həbs edildi

KRİMİNAL 18 aprel 2025, 18:31
Bakının Xətai rayonunda 1978-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Məlahətə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət ilə 2000-ci ildə ailə həyatı qurub və 2023-cü ildə rəsmi olaraq boşanıblar: “2025-ci ildə, saat 18 radələrində Məlahətin yaşadığı mənzilində onunla aramızda şəxsi münasibətlər zəminində mübahisələri yarandı. Mübahisə vaxtı əsəbləşərk əl zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq döydü. Hadisə vaxtı mənzildə onlardan başqa kimsə olmayıb”. 

Məhkəmə iclas zalında suallara cavab olaraq bildirib ki, daimi yaşayış yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olur və maşında gecələyir.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, Vüsal ilə əvvəllər evli olub və 2023-cü il tarixdən rəsmi olaraq onunla boşanıb: “Boşanmağımıza baxmayaraq Vüsal tez-tez guya mənim başqa şəxslə danışaraq görüşdüyümü bəhanə gətirərək mübahisələr edir. Sonuncu dəfə hadisə günü saat təxminən 18 radələrində yaşadığım mənzildə Vüsal ilə aramızda şəxsi münasibətlər zəminində mübahisələri yarandı. Mübahisə vaxtı Vüsal əl zərbələri ilə baş və bədənimin müxtəlif nahiyələrindən vuraraq məni döydü”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbs edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top