Üç dövlət şirkəti İnvestisiya Holdinqinin idarəetməsinə verildi — SƏRƏNCAM

DAXİLİ SİYASƏT 17 aprel 2025, 17:20
Prezident İlham Əliyev 5 noyabr 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nı genişləndirib.

Demokrat.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, siyahıya “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər verilib və idarəetmədə olan şirkətlərin sayı 20-yə çatıb.

Yeni şirkətlər yaxın vaxtlara qədər hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansında olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top