Baş nazir qərar imzaladı

DAXİLİ SİYASƏT 10 aprel 2025, 17:35
"Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları" təsdiq edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədlə "Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı" təsdiq edilib.

Bu Qaydalar "Aviasiya haqqında" Qanuna uyğun olaraq hazırlanıb və aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarını müəyyən edir.

Bu Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, Konvensiyaya 1 nömrəli Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.

Bu Qaydaların müddəaları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin tibb ekspertlərinin, aviasiya tibb mərkəzi kimi sertifikatlaşdırılmış tibb müəssisələrinin və aviasiya tibb ekspertlərinin fəaliyyətinə şamil edilir.

Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət, həmçinin aviasiya tibb mərkəzi olaraq sertifikatlaşdırılmış tibb müəssisələrinə aviasiya tibb mərkəzi sertifikatlarının verilməsi, hüquqi qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ya ləğv edilməsi, o cümlədən dəyişdirilməsi, yenilənməsi, hüquqi qüvvəsinin uzadılması) Agentlik tərəfindən həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 aprel 2025, 15:31
Top