İki il ƏDV-dən azad olacaq

GÜNDƏM 07 aprel 2025, 21:55

İdxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən xammal və materialların siyahısı genişləndirilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.

Yeni əlavə olunan xammal və materilların idxalı 2027-ci il yanvarın 1-dək ƏDV-dən azad olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top