Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə müəllimlərin attestasiyasına başlanılıb. Nazirlikdən verilən məlumata görə, attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə attestasiya prosesindən uğurla keçib.
Məsələ ilə bağlı əməkdar artist Fuad İbrahimov Demokrat.az-a açıqlama verib.
O Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyasına müsbət baxdığını vurğulayıb:
“Bu həqiqətən də təqdirəlayiq bir məsələdir. Biz musiqiçilər hər zaman öz üzərimizdə işləməliyik. Ona görə ki, səhnədə çıxış edərkən bunu gizlətmək mümkün deyil, hər şey göz qabağında olur. Bizi də yetişdirən elə müəllimlərdir. Müəllimlərin bilik və bacarıqlı olması ən önəmli məqamdır. Bildiyim qədər ilə elə müəllimlər var ki, fortepianoda bir barmağı ilə ifa edir. Bu yolverilməzdir. Bu kimi halları aradan qaldırmaq üçün attestasiyanın keçirilməsi olduqca vacibdir. Bunun üçün çox sevinirəm ki, bizdə də bu baş tutur. Bu, uzun illərdir ki, gözlənilən idi. Əminəm ki, bu da gələcək üçün çox gözəl bəhrəsini verəcək”.
Leyla Turan
Demokrat.az