Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

GÜNDƏM 07 aprel 2025, 21:39
Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top