
Müğənni Xatun Əliyeva Rusiyada 48 min dollar itirdiyini deyib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Afaqla 10lar" verilişində danışıb. O bildirib ki, pul çantasında olub və onu mağazada unudub:
"İtki çox pis bir şeydir. Moskvada toyda idim. Toydan sonra dedim ki, acam. Musiqiçilərlə birlikdə marketin içində olan restorana getdik. Orada "Borş" yedim. Çantamı masanın üzərinə qoydum, içində də 48 min dollar, pasportlar. Yeməkdən sonra ayağa qalxıb, telefonumu götürdüm yola düşdük hava limanına. Birdən prodüserim Pənah dedi ki, sənin çantan haradadır? O an şoka düşdüm. İnanın ki, həmin an bütün dünya başıma fırlandı. Geri döndük, qaça-qaça girdik marketin içinə və dedim ki, çantam haradadır? Artıq davamını demirəm. O vaxta kimi restoranda çanta qalar?".