Nadiri toylardan uzaqlaşdıran kimdir? — VİDEO

ŞOU-BİZNES 07 aprel 2025, 15:50
Toyun da şitini çıxartdılar. Toyda da monopoliyadır. Görürəm və qulağım eşidir”.

Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi son zamanlar toylarda yaranan monopoliyadan şikayətlənib:

“Mənə zəng gəlir, deyir görüşək və ya bank kartımı istəyir beh atmaq üçün. Amma gəlmir. Bilirəm ki, məni “burdu”lar, başqasını saldılar. Son zamanlar bu hallar çox yaşanır. Şadlıq evlərində administratorlar monopoliya yaradıb. Hamıya aid deyil. Kişi kimiləri də var. Amma nakişilər səni elə burur ki, ruhun da incimir”. (Olay.az)
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top