
Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb. Editor.az xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. “Meridian Park Luxury” restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.
Editor.az xatırladır ki, “Meridian Park Luxury” Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.
Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.