"Türkiyədə baş verənlər hazırkı ana qədər hüquqi müstəvidə davam edir. Müxalifər düşərgəsi Ekrem İmamoğlunun saxlanılmasını hüquqa zidd nöqteyi-nəzərdən qiymətləndirmir. Səsləndirilən bəyanatlar İmamoğlu kimi vəzifəsindən sui-istifadə edən minlərlə şəxs olduğu halda yalnız onun saxlanılmasına etirazdan ibarətdir. Bu da bir növ etirafdır ki, bələdiyyə daxilində qanuna zidd əməllər baş verib".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Etiraf etmək lazımdır ki, həm iqtidar, həm müxalifət, həm də bitərəf düşərgəsindən sui-istifadə halları haqqında fikirlər dolaşır. Bunların fonunda İmamoğlunun saxlanılması məsələsi siyasi məzmun daşıyan məsələ kimi ortaya atılır. Doğruluq payının olub, olmaması araşdırmalar nəticəsində bəlli olacaq".
Onun fikrincə, İmamoğlu məsələsi Türkiyə dövlətini dünyada baş verən dəyişikliklərdən başqa yerə çəkmək cəhdidir:
"Belə problemlər həqiqətən Türkiyənin zərərinə davam edir. Reallıq budur ki, İmamoğlu siyasi kimliyi Türkiyə üçün istənmiyən fiqura çevrilməkdədir. İmamoğlunun Yunanıstanla, ermənilərlə bağlı mövqeyi heç də Türkiyənin dövlət maraqlarına uyğun deyil. O, Türkiyə mərkəzli yox, Avropa mərkəzli siyasətə yönəlib ki, bu da milli və dövlətçi dairələr tərəfindən xoş qarşılanmır. Bir tərəf həqiqətən onun həbsinə sevinsə də, digər tərəf çoxdandır bunu gözləyirmiş kimi davrandı. Bunu milli və avropalı görüşlərin toqquşması kimi qiymətləndirmək olar. Dövlətin güclənməsini istəyənlər milli tərəfdən çıxış edənlərdir. Sıravi insanlar siyasətin sadəcə görünən tərəfini bilirlər. İmamoğlunu müdafiə edənlərin əksəriyyəti onun siyasi kimliyini dərk etmədən iqtisadi çətinliklərdən bezmiş hakimiyyətə kimin olur- olsun gəlməsini istəyən şəxslərdir. Hüquqi proses tamamlandıqca həmin şəxslər də reallığı dərk edəcək. Məncə, ortaya çıxacaq problemlər milli maraqlar probleminə çevrilmədən öz həllini tapacaq".
Əfsanə Kamal
Demokrat.az