Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk xalını qazanıb

DÜNYA 09 sentyabr 2025, 22:28
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, D qrupunda yer alan komandamız Bakıda Ukrayna yığmasını qəbul edib.

Görüşdə hesabı qonaqlar açıb. Giorgi Sudakov fərqlənib. Lakin komandamız Emin Mahmudovun qolu ilə bərabərliyə nail olub.

Bu, yığmamızın seçmə mərhələdə qazandığı ilk xal olub.

DÇ-2026 seçmə mərhələsi

II tur

20:00. Azərbaycan - Ukrayna 1:1

Qollar: Emin Mahmudov, 72-p. - Giorgi Sudakov, 51

Tofiq Bəhramov adına Respublika Stadionu.

Baş hakim: Vassilis Fotias

Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 21. Qismət Alıyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 15. Abdulla Xaybulayev, 8. Emin Mahmudov (k), 19. Rüstəm Əhmədzadə, 10. Mahir Emreli, 9. Renat Dadaşov
Baş məşqçi: Ayxan Abbasov

Ukrayna: 12. Anatoli Trubin, 17. Aleksandr Zinçenko, 22. Mikola Matviyenko (k), 13. İlya Zabarnıy, 2. Yukim Konoplia, 19. Artyom Bondarenko, 6. İvan Kalyujnıy, 14. Oleq Oçeretko, 8. Giorgi Sudakov, 20. Aleksandr Zubkov, 7. Vladislav Vanat

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top