“TikTok”un analoqu yaradıldı

DÜNYA 09 sentyabr 2025, 23:49

Oyun dünyasının ən böyük onlayn platformalarından biri olan "Roblox", "Moments" adlı yeni funksiyasının beta versiyasını istifadəyə verib.

Axşam.az xəbər verir ki, Bu, TikTok-a bənzər şəkildə, istifadəçilərin qısa videolar çəkməsinə və paylaşmasına imkan verən daxili sistemdir.

"Moments" sistemi San-Xosedə keçirilən şirkət konfransında təqdim olunub. İstifadəçilər bu funksiyadan istifadə edərək qısa videolar çəkə və onları Roblox daxilində paylaşa biləcəklər. Sistem eyni zamanda videoların redaktəsi üçün daxili alətlər də təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top